Rumıniyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriləcək
Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev mayın 28-də Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Deputat Azay Quliyev səfər çərçivəsində Azərbaycanın 28 may – Müstəqillik Günü münasibətilə ölkəmizin Rumıniyadakı səfirliyinin təşkil etdiyi tədbirlərə qatılacaq.
Səfər mayın 31-da başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI