Həbsdə olan generalın yerinə bu şəxs təyin olundu
Müdafiə Nazirliyində yeni təyinat olub.
” Turanın səsi ” bildirir ki, Müdafiə naziri Zakir Həsənov Rəşad Babayevi Nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə təyin edib.
Qeyd edək ki, R.Babayev bu təyinatadək Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsində, ondan əvvəl isə Dövlət Vergi Xidmətində, Gömrük Komitəsində çalışıb.
Xatırladaq ki, MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nəriman Cabbarov bir neçə gün əvvəl sərəncama götürülüb. Onun adı MN-dəki 143 milyonluq cinayət işində keçib və polkovnik məhkəmədə şahid qismində dindirilib. MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov hazırda həbsdədir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI