32 ildən sonra Laçında ikinci toy oldu

Bu gün 32 ildən sonra Laçın torpaqlarında ikinci toy sədası eşidilib

Turanın səsi ” xəbər verir ki, Laçında illər sonra ikinci toy mərasimi Zabux kəndində gerçəkləşib. Toy mərasimi həm də el adəti ilə, yəni mağarda baş tutub.

Zabux kəndinin gəncləri olan Laçın Cəlil oğlu Vəliyev və Nuray Namiq qızı Abbasovanın şad günündə ailə üzvləri ilə bərabər kənd sakinləri və digər şəxslər də iştirak ediblər. Gəlinlə bəy toy mağarına daxil olduqdan sonra Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi sükutla anılıb. Sonra kənd ağsaqqaları hər iki gəncə xeyr-dua veriblər və şənlik başlayıb.

Qeyd edək ki, Laçının Zabux kəndində torpaqlarımız azad edildikdən sonra ilk toy mərasimi martın 8-də olub.

Hazırda Zabux kəndində 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması təmin edilib. Bundan başqa Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Sus kəndində isə 20 ailənin, yəni 75 nəfərin daimi məskunlaşması həyat keçirilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir