Oktay Əfəndiyev: Soyuqqanlı və səbrlə bu prosesi izləmək lazımdır. Slava Ukraini!
Ukrayna “Milli Qvardiyası” rəhbərliyi tərəfindən rusiya-Ukrayna müharibəsi dövründə orduya etdiyimiz mütəmadi yardımların qarşılığı olaraq Ukrayna Vətənpərvəri, təşəkkurnamə, orden və medalla təltif olunmağımı fəaliyyətimizə verilmiş ən ali mükafat kimi qiymətləndirirəm.
Şəxsimə və komandama verilmiş bu dəyər bizi daha da ruhlandırır.Müharibənin ən ağır dönəmində ən qaynar nöqtələrə bu yardımların çatdırılmasında əməyi və zəhməti olan hər kəsə təşəkkür edirəm.
Müharibənin ilk günlərindən
öz məsuliyyətimizi dərk edərək bu yola çıxdıq.40 ilə yaxın Ukraynada yaşayan bir iş adamı kimi Ukraynanın ağır dönəmində bu prosesə öz töhfəmizi vermiş oluruq.
“Turanın səsi” xəbər verir ki , Oktay Əfəndiyev bu fikirləri öz facebook səhifəsində paylaşımda bildirmişdir .
Ukraynanın ağır dönəmində bu prosesə öz töhfəmizi vermiş oluruq.Ukrayna bu gün çətin və şərəfli mərhələdən keçir.rusiya imperiyasının çöküşünə qədər bu prosesdə varıq.
Biz qalib gələcəyik!
P.S.Ukraynada hal-hazırda ön cəbhədə döyüşən yüzlərlə soydaşımız var.Onlardan Vidadi İsrafilov, Alim və Murad Nəsirov qardaşlarının müharibənin ilk günündən Kiyevin müdafiəsində iştirakı məni bir azərbaycanli kimi qürurlandırır.
Cəbhə xəttindən yenicə qayitmış bu insanların raşist ordusu tərəfindən Ukrayna hərbçilərinə və mülki əhaliyə qarşı istifadə edilmiş Reaktiv kasetli mərmi qalığı hərbi qənimət olaraq şəxsimə hədiyyə edilməyi xoş oldu.
rusiya ordusunun çöküşü zaman məsələsidir.Soyuqqanlı və səbrlə bu prosesi izləmək lazımdır.
Slava Ukraini!
⤵️
“TURANIN SƏSİ” Təsisçi və baş redaktor : Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09