“Ən güclü təkan…” – Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

0

Lənkəranda qeydə alınan zəlzələdən sonra afterşoklar – xırda təkanlar ola bilər.

Turanın səsi ” xəbər verir ki, bunu açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

“Ən güclü təkan artıq olub, əhali təşvişə düşməsin”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində 5,2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir