TÜRKPA-nın komissiya iclasında

0

Milli Məclisin deputatları Nizami Cəfərov və Hikmət Məmmədov TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının 11-ci iclasında iştirak etmək üçün mayın 13-də Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcəklər.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komissiyanın iclasında “TÜRKPA üzv dövlətləri arasında əmək miqrasiyasının asanlaşdırılması” mövzusunda hesabat məruzəsi dinləniləcək, mövzuya dair tövsiyə qərarı qəbul olunacaq, həmçinin gündəliyin digər məsələlərinə baxılacaq. Tədbirdə komissiyanın növbəti iclasının tarixi, yeri və mövzusu müəyyən ediləcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir