Ankarada Ulu Öndər Heydər Əliyevin gününə həsr olunmuş tədbirlər keçiriləcək

0

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov mayın 8-də Türkiyənin Ankara şəhərinə səfər edəcək.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitə sədri Ankarada Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə  Azərbaycanın Türkiyədəki səfirliyinin  təşkil etdiyi tədbirlərdə iştirak edəcək.

Səfər mayın 12-də başa çatacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir