Vanda zəlzələ olub
Türkiyənin Van şəhərinin Sağlamtaş rayonunda 4,1 maqnitudalı zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu bildirib.
Qurumun verilənlərinə əsasən, yeraltı təkanlar yerli vaxtla 22:58-də (Bakı vaxtı ilə 23:58-də) qeydə alınıb. Zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.
Vanda yaşayan sosial şəbəkə istifadəçiləri zəlzələni hiss etdiklərini bildiriblər.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI