Şimali Qafqaz ayaqlanır – Rusiya üçün həyəcan siqnalı

“Son iki ayın statistikası Rusiya hakimiyyəti üçün həyəcan siqnalına səbəb olmalıdır”.

Turanın səsi ” xəbər verir ki, bu fikirlərlə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu çıxış edib.

Onun sözlərinə görə, hazırda Şimali Qafqaz qaynayır:

“Martın 2-də “Milli Antiterror Komitəsi” Karabulak şəhərində (İnquşetiya) keçirilən əməliyyat nəticəsində 6 silahlının öldürüldüyünü açıqlayıb. Respublikada “antiterror əməliyyatı rejimi” elan edilib. Martın 22-də İnquşetiyada İŞİD terror təşkilatına bağlı 30-a yaxın şəxsin saxlanıldığı bildirilib. Martın 31-də Mahaçqala və Kaspiysk (Dağıstan) şəhərlərində “antiterror əməliyyatı” rejimi tətbiq edilib. Federal Təhlükəsizlik Xidməti silahlı qruplaşma üzvlərini çoxmərtəbəli binaların bir neçə mənzilində mühasirəyə alıb. Aprelin 11-də Nalçikdə (Kabardin-Balkar) “xüsusi əməliyyat” zamanı iki yerli sakin öldürülüb. Aprelin 22-də Karaçayevskdə polis əməkdaşlarına hücum edilib. Rusiya Daxili İşlər Nazirliyinin 2 əməkdaşı həlak olub, 1-i ağır yaralanıb”.

Politoloq bu statistikaların Birinci və İkinci Çeçen müharibələri dövrünü xatırlatdığını da qeyd edib:

“Rusiya Ukraynada müharibə aparakən, Şimali Qafqaza nəzarət zəifləyib, bundan da yerli silahlı və radikal qruplar istifadə etməyə çalışırlar. Əslində Moskva üçün həyəcan təbili ötən ilin oktyabrında çalınmışdı. Maxaçkalada qəzəbli kütlə hava limanı binasına daxil olaraq, İsrail vətəndaşlarını axtarırdı. Federal Hava Nəqliyyatı Agentliyi aeroportdan uçuşları və enişləri dayandırmışdı. Kreml bu məsələnin üstünü örtməyə çalışdı. Halbuki, narazı kütlənin qarşısına İsrail vətəndaşları çıxsaydı, nəticə ağır olacaqdı. Maxaçqala gəncləri İsrailin Qəzza bölgəsindəki hərbi əməliyyatına etirazı hava limanında yəhudi ovuyla cavab vermişdi. Bu faktiki anti-semit aksiya idi. Bu o deməkdir ki, Şimali Qafqazın Rusiyanın mərkəzi hakimiyyətinə qarşı müqavimət gücü hər an yenidən özünü göstərə bilər. Şimali Qafqazda radikalizmin artışı Azərbaycan üçün müəyyən təhlükələr yarada bilər. Quru sərhədlərin bağlı qalması hələ ki, bu təhlükənin neytrallaşdırılmasına imkan verir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir