KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Nəşrə görə, ABŞ iyunda İtaliyada keçiriləcək G7 sammitində yardımın göstərilməsinə dair sazişin imzalanmasını təmin etməyə çalışır. Agentlik diqqət çəkib ki, bu mövzuda danışıqlar ağır gedir və sazişin bağlanması bir neçə ay çəkə bilər.

ABŞ-nin maliyyə naziri Canet Yellen bu mövzuda danışıqların aparıldığını təsdiqləyib.

“Biz bunu müzakirə edirik. Düzü, biz istərdik ki, bütün G7 ölkələri yardımın ayrılmasında iştirak etsinlər ki, Birləşmiş Ştatlar bunu təkbaşına etməsin”, – o,”Bloomberg”ə müsahibəsində deyib.

Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bunun təxminən 5-6 milyard dolları ABŞ-nin payına düşür.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir