Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

0

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində fakültənin Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib.

Bu barədə “Turanın səsi” nə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.


Tibb İdarəsinin və Hərbi Tibb Fakültəsinin tibb xidməti zabitləri, Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti, tələbə və kursantlarının iştirak etdiyi konfransda əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Konfransda Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində hərbi tibb sahəsində tətbiq olunan yeniliklərdən, müasir hərbi tibb elminin inkişafından danışılıb, “İşğaldan azad olunmuş ərazilərdə su nümunələrinin fiziki-kimyəvi və bakterioloji təhlili”, “Müasir müharibə şəraitində sanitar itkilərin xüsusiyyətləri”, “Robotik cərrahiyyənin gələcək perspektivləri və üstünlükləri”, eləcə də digər mövzular üzrə məruzələr, çıxışlar dinlənilib və ətraflı müzakirələr aparılıb
Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti ümumilikdə müsbət qiymətləndirilib, nəzəri və praktiki təcrübələri daha da dərinləşdirməyin, qeyd olunan mövzular üzrə araşdırmalar aparılmasının vacibliyi tövsiyə olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir