Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində görüş
Aprelin 29-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri (Ombudsman) Məryəm bint Abdullah Əl-Attiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qonaqları salamlayaraq, Azərbaycan-Qətər əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini söyləyib. Qeyd edilib ki, iki ölkənin münasibətləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan Qətərlə bütün sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. Qarşılıqlı səfərlər və keçirilən görüşlər iki ölkə arasında əlaqələrin güclənməsinə təkan verir.
Komitə sədri ölkəmizdə insan haqlarının təmin edilməsinə, o cümlədən qadın və uşaqların hüquqlarının müdafiəsinə xüsusi önəm veridlyinin bildirib. O, Azərbaycanda bu sahədə aidiyyəti qurumun – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Hicran Hüseynova iki ölkə arasında parlamentlər səviyyəsində müsbət əlaqələrin mövcudluğunu, bu sahədə münasibətlərin daha da dərinləşdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. O, Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri üzrə komitədə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən bəhs edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI