Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb və hər iki tərəf üçün əlverişli vaxtda baş tutacaq.
“Turanın səsi ” in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keceli xəbər verib.
“Prezidentimizin ABŞ-yə mayın 9-na planlaşdırılan səfəri qrafik uyğunsuzluğu səbəbindən hər iki tərəf üçün əlverişli tarixə təxirə salındı. Səfərin hazırlanması məqsədilə Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoq davam etdiriləcək”, – diplomat bildirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI