Politico: ABŞ Ukrayna ordusuna silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr hazırlayır

FILE PHOTO: United States and South Korean troops utilizing the Army Tactical Missile System (ATACMS) and South Korea's Hyunmoo Missile II, fire missiles into the waters of the East Sea, off South Korea, July 5, 2017. 8th United States Army/Handout via REUTERS/File Photo

ABŞ Ukraynaya silah və texnikanın tədarükü üçün Amerika şirkətləri ilə 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Politico” qəzeti iki amerikalı məmura istinadən bildirib.

Cümə günü yekunlaşacağı və elan ediləcəyi ehtimal olunan yardım paketi Ukraynaya 61 milyard dollarlıq yardımın bir hissəsi olacaq.

Rəsmilərdən birinin və planlarla tanış şəxsin sözlərinə görə, bura “Patriot” hava hücumundan müdafiə sistemləri, artilleriya sursatları, dronlar, dronlarla mübarizə silahları və döyüş təyyarələrinə quraşdırılacaq “hava-hava” sinifli raketlər daxildir.

Avadanlıq, çox güman ki, bir neçə il Ukraynaya gəlməyəcək, çünki vəsait ABŞ-nin mövcud ehtiyatlarından Kiyev üçün yeni avadanlıqlar almaq əvəzinə, ABŞ müdafiə şirkətləri ilə müqavilə bağlayan Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində ayrılıb.

Müdafiə naziri Lloyd Ostinin Ukrayna Müdafiə Əlaqə Qrupuna daxil olan 50-dən çox ölkənin virtual görüşündə yeni yardımı elan edəcəyi gözlənilir.

“Politico”nun məlumatına görə, Moskva Ukraynanın hər atəşinə cavab olaraq 10-dək artilleriya mərmisi atır və Kiyevin ehtiyatı getdikcə azalır.

“Rusiyalılar öz müdafiə sənayelərində gündə üç növbə, 24/7 rejimində işləməyə … hazırlaşırlar. Kimə inandığınızdan asılı olaraq, onlar ÜDM-nin 6-7 faizini orduya xərcləyirlər, biz isə təxminən 3,2 faiz xərcləyirik”, – Pentaqonun satınalmalar üzrə rəisi Uilyam Laplant söyləyib.

Məqalədə qeyd olunub ki, keçən ay Bayden administrasiyası iki illik müharibədə ilk dəfə gizli şəkildə Ukraynaya ATACMS-in uzaqmənzilli versiyasını göndərib. Kiyev artıq Rusiyanın arxa cəbhəsinə dərin zərbələr endirmək üçün silahdan bir neçə dəfə istifadə edib.

“Görə bildiyimiz şeylərdən biri də odur ki, Ukrayna silah əldə etdikdə, effektiv ola bilir”, – Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun Corctaun Universitetində müzakirə zamanı deyib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir