Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr KomitələriSədrlərinin Birinci İclasında
Aprelin 25-də Milli Məclisdə Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin Xarici əlaqələr komitələrinin sədr və sədr müavinləri, Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclas iştirakçılarını salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. Komitə sədri Türk Dövlətləri Parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin iclasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirildiyini vurğulayıb. Qeyd edib ki, bu ideya cənab Prezident tərəfindən Türkiyə Böyük Millət Məclisi Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın ötən il Azərbaycana səfəri zamanı baş tutan görüşdə səsləndirilib. O, bu tədbirin bir ənənəyə çevriləcəyini və Türk dövlətləri arasında münasibətlərin güclənməsinə töhfə verəcəyini söyləyib.
Səməd Seyidov Türk dövlətləri başçılarının müntəzəm olaraq zirvə toplantılarının keçirildiyini, böyük nüfuza malik Türk Dövlətləri Təşkilatının formalaşdığını, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradıldığını, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA), habelə Türk Akademiyasının, Türk Mədəniyyət və Miras Fondunun, Türk Biznes Şurasının fəaliyyət göstərdiyini bildirib.
Qeyd olunub ki, bu gün dünyada gedən mürəkkəb proseslər fonunda dövlətlərin müxtəlif təşkilatlar çərçivəsində fəaliyyətinin yüksək səviyyədə təşkili vacib məsələlərdəndir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı konstruktiv dialoqun təşviqi üçün mühüm platforma kimi önəmli rol oynayır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il keçirilmiş növbədənkənar Prezident seçkilərində əldə etdiyi qələbədən sonra andiçmə mərasimində səsləndirdiyi – Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır – fikirləri bunun bariz nümunəsidir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI