Milli Məclisin plenar iclasında

0

Aprelin 23-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Parlamentin bugünkü iclasının gündəliyi qəbul edildikdən sonra, cari məsələlərlə bağlı müzakirələr keçirilib.
Müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Kamran Bayramov, Anar İsgəndərov, Cəbi Quliyev, Razi Nurullayev, Elşad Mirbəşir oğlu, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Naqif Həmzəyev çıxış ediblər.
Deputatlar Qazaxın işğal altında olan 4 qeyri-anklav kəndinin Azərbaycana qaytarılması ilə əlaqədar aprelin 19-da keçirilmiş Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə əldə edilmiş razılığı yüksək qiymətləndiriblər. Bu razılığın Qarabağ üzərində suverenliyin tam bərpa edilməsi və Rusiyanın sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılması da daxil olmaqla, mühüm qələbələr silsiləsində yeni bir mərhələnin olduğunu vurğulayıblar. Bildirilib ki, bu, ölkə Prezidentinin irəli sürdüyü tələblərin təmin edildiyinin, nəzərdə tutulan planların isə dövlətimizin milli maraqlarına uyğun olaraq müvəffəqiyyətlə həyata keçirildiyinin bariz nümunəsidir. O da qeyd edilib ki, bəzi Qərb dairələri delimitasiya prosesinə müxtəlif yollarla təsir göstərməyə çalışsalar da, Azərbaycanın dövlət başçısı bu müdaxilənin qarşısını qətiyyətlə alaraq, eyni zamanda, razılaşmanın həmin qüvvələr tərəfindən dəstəklənməsinə nail oldu.
Millət vəkilləri Prezident İlham Əliyevin aprelin 22-də Rusiya Federasiyasına səfəri, bu səfər çərçivəsində Sovetlər Birliyi üçün əlamətdar hadisələrdən hesab edilən Baykal Amur Magistralının (BAM) inşasına başlanmasının 50 illiyi münasibətilə keçirilən tədbirdə iştirakı ilə bağlı fikirlərini açıqlayıblar. Çıxışlarda dünyanın ən böyük dəmir yolu xəttindən biri olan bu layihənin o dövrdə Sovetlər Birliyi üçün əhəmiyyəti qeyd olunub, BAM-ın tikintisində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri xüsusi vurğulanıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir