Milli Məclisdə görüş
Aprelin 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonaqları salamlayan komitə sədri Səməd Seyidov bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu xatırladaraq, Azərbaycanla Əlcəzairin oxşar tarixi, müstəqillik yolu barədə fikirlərini bölüşüb. O, diqqətə çatdırıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş və dünya miqyasında sözünü deyə bilən ölkədir. Səməd Seyidov ölkələrimizin Qoşulmama Hərəkatı, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından danışıb, Əlcəzairin həmişə Azərbaycanın haqq işini dəstəkləməsindən məmnunluğunu bildirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI