Türkiyə və ABŞ təmsilçiləri terrorizmi müzakirə etdilər
Türkiyə və ABŞ nümayəndələri Ankarada terrorizmlə mübarizə məsələləri üzrə məsləhətləşmələr aparıblar.
“Turanın səsi ” in xəbərinə görə , TRT-yə itinadla bu barədə diplomatik mənbələr məlumat yayıb.
Amerika nümayəndə heyətinə Dövlət Departamentinin terrorla mübarizə departamentinin koordinatoru Elizabet Riçard başçılıq edib.
Milli təhlükəsizlik, PKK, İŞİD, eləcə də ABŞ-da yaşayan Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ təşkilatı ilə mübarizə ilə bağlı məsələlər müzakirə olunub.
Əvvəllər bildirilirdi ki, Riçard Türkiyə hakimiyyəti ilə terrorçuların hərəkətinin qarşısının alınması, onların maliyyə axınının məhdudlaşdırılması, mütəşəkkil cinayətkarlıqla mübarizə, həmçinin Türkiyə ilə qonşu ölkələrdə, Mərkəzi Asiya və Afrikada terror təşkilatlarına qarşı mübarizə tədbirləri məsələlərini müzakirə etmək niyyətindədir.
Məsləhətləşmələr bu ilin martında Türkiyə ilə ABŞ arasında strateji əməkdaşlıq mexanizmi çərçivəsində əldə edilmiş razılaşmalar çərçivəsində baş tutub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI