Balakən Rayon Polis Şöbəsinin yeni yaradılmış Qabaqçöl Polis Bölməsinin inzibati binasının açılışı olub
Açılış mərasimində rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, eləcə də yerli sakinlər iştirak ediblər.
Məlumat verilib ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə yaradılan Qabaqçöl Polis Bölməsinin inşasına cari ilin fevralında başlanılıb, 2 mərtəbəli inzibati bina DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən müasir standartlara uyğun tikilərək bütün xidməti otaqları zəruri avadanlıq, inventor və kommunikasiyalarla təchiz olunub. Yeni tikilidə lazımı mühəndis təminatı-ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə kommunikasiya və elektrik xətləri quraşdırılıb. Ərazi daş və metal hasarla hasarlanıb, abadlaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib. Tədbir iştirakçıları xidməti otaqlara baxıb, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, prezident cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurlarını əks etdirən guşə ilə tanış olublar.
Mərasimdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi Çingiz Aslanov ən müasir tələblərə cavab verən inzibati binanın Zəfər Günü ərəfəsində istifadəyə verilməsindən məmnunluğunu bildirib. Polis polkovniki Daxili İşlər Nazirliyinin rəhbərliyini əmin edib ki, şəxsi heyət bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, sabitliyin qorunmasında gücünü səfərbər edəcək. Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev mərasimdə çıxış edərək yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə bütün şəxsi heyəti təbrik edib, rayon ərazisində ictimai asayişin qorunmasında və cinayətkarlıqla mübarizədə polis əməkdaşlarına uğurlar arzulayıb. Yüksək zövq və dizaynla inşa edilmiş bölmənin qəsəbəyə də xüsusi gözəllik qatdığını diqqətə çatdırıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09