Bu kommunal xidmət bahalaşacaq? – “Sentyabrın 1-dən…” – RƏSMİ

0

Son günlərdə sentyabr ayından “Azəristiliktəchizat” ASC tərəfindən qeyri-əhaliyə satılacaq istilik təchizatı xidmətlərinin qiymətlərinin artacağı barədə xəbərlər yayılıb.

Turanın səsi ” in xəbərinə görə, qurumun mətbuat katibi Elvin Basqallı açıqlamasında bildirib ki, 2024-cü ilin 1 sentyabr tarixindən qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar müqavilələr üzrə həyata keçiriləcək:

“Nəzərə alaq ki, 1 sentyabr 2024-cü il tarixədək qeyri-əhaliyə bir kubmetr istilik xidməti 25 qəpiyə satılır. Bu tarixdən sonra qeyri-əhali qrupu üzrə istehlakçılarla xidmətlərin qiyməti “Azəristiliktəchizat” ASC tərəfindən müəyyən ediləcək. 

Bildiyiniz kimi, qeyri-əhali istehlakçı qrupu üzrə istilik təchizatı xidmətlərinə görə  qiymətlər dövlət tərəfindən tənzimlənir.

Ona görə də Nazirlər Kabineti tərəfindən 5 aprel 2024-cü il tarixində “Qiymətləri, tarifləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin siyahısının təsdiq edilməsi haqqında” 2005-ci ilin 28 sentyabr tarixli 178 saylı və “İstilik enerjisində istifadə qaydaları haqqında” 2023-cü ilin 5 sentyabr tarixli 303 saylı qərarlarında dəyişikliklər edilməsi haqqında qərar qəbul edilib”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir