Böyük müharibə başlayır: İrana uçuşlar dayandırıldı, Fransa xəbərdarlıq etdi

Fransanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfər etməməyə çağırıb. Nazirliyin “X” hesabında yayılan rəsmi məlumatda bu çağırış İranın İsrail, Fələstin və Livanda törədə biləcəyi hər hansısa təhlükəli hadisələrlə əlaqələndirilib. Eyni zamanda, vətəndaşlardan adıçəkilən ölkələrə də getməmək xahiş olunub.

Almaniyanın “Lufthansa” aviaşirkəti Yaxın Şərqdəki təhlükəli vəziyyətlə əlaqədar İrana uçuşları müvəqqəti dayandırır.

Maraqlıdır, bu baş verənlər nədən xəbər verir? İran ilə İsrail arasında gözlənilən müharibə başlayır?

Turanın səsi ” xəbər verir ki, Sədrəddin Soltan deyib ki, İran ilə İsrail arasında müharibə faktiki olaraq gedir:

“SEPAH-ın Qüds qolu Suriyada, Livanda, Yəməndə, Fələstində, İsrail və ABŞ-ın maraqlarına qarşı mübarizə aparır. Bu günə qədər bu mübarizə gizli aparılırdısa, HƏMAS-ın İsrailə hücum etməsi fonunda açıq hal almağa başladı.

İran ölkənin Qərbində hava hücumlarını azaldıb. Hərbçilər döyüş vəziyyətinə gətirilib. Analoji hal İsraildə də müşahidə edilir. Bununla belə böyük güclər birbaşa qarşıdurmanın yaşanmaması üçün tərəfləri çəkindirməyə çalışır.

İranın İsraili birbaşa hədəf alması mövcud hakimiyyət üçün ciddi problemlərə səbəb ola bilər. Buna görə indiki məqamda total bir toqquşma baş vermə ehtimalı azdır. Lakin İran İsrailin paytaxtı Təl-Əvivi, Hayfanı, ya da digər bir şəhərini hədəfə ala, raket zərbələri endirə bilər.

Məsələ ondadır ki, İsrailin Suriyada İran konsulluğunu vurmasına dair hələ dəqiq məlumat yoxdur. Bu, İranın iddiasıdır. Bununla belə, İran İsrail ərazilərini vurarsa və faktiki olaraq müharibəyə başlayarsa, bu, ciddi problemlər yaradacaq. İran bu riski ala bilməz”.  

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir