Paşinyan ATƏT-in Minsk qrupunu yıxıb-sürüdü: “Bizi 30 il çuval kimi gah bu, gah da o biri tərəfə atdılar”
Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, biz faktiki olaraq Ermənistanın ərazi bütövlüyünü tanımış olduq.
“Turanın səsi ” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O əlavə edib: “Heç kim tarixi Ermənistanı məndən çox sevmir, amma mən tarixi Ermənistanı əsl Ermənistandan çox sevməkdən imtina edirəm”.
Daha sonra hökumət başçısı qeyd edib:
“Bu seçki şüarı müəyyənləşəndə var gücümüzlə bu müddəalara əməl etdik, xüsusən də ATƏT-in Minsk qrupu çərçivəsində gedən proseslərdən danışırlar, bizi tənqid edirlər, amma hiss etmirlər ki, ATƏT-in Minsk qrupu rəhbərləri 2014-cü ildən münaqişədədir, 2022-ci ildən isə bir-biri ilə müharibə vəziyyətindədir.
İndi deyirlər ki, biz Ermənistanı geosiyasi rəqabət meydanına çeviririk. Yəni siz elə bilirdiniz ki, Fransanın, ABŞ-ın, Rusiyanın, eləcə də Minsk qrupuna üzv digər ölkələrin maraqları üst-üstə düşür.
Bu məntiqdən çıxış etsək, əksinə, deyirik: siz geosiyasət subyekti deyilsiniz, sizi zorla torbaya salıblar. Bağışlayın, amma bizi 30 il çuval kimi əvvəl bir tərəfə, sonra digər tərəfə atdılar. Geosiyasi rəqabət deyilsə, bu nədir? Biz Ermənistanı bu rəqabətdən çıxarmaq istəyirik”.