Bakıda Belarus Mədəniyyəti Günləri keçirilir

Azərbaycan ilə Belarus arasında əlaqələrin köklü tarixi var və bu əməkdaşlıq geniş spektri əhatə edir.

Bu barədə “Turanın səsi” nə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib.

İki ölkənin münasibətlərində mədəni əməkdaşlıq əhəmiyyətli mövqeyə malikdir. Müxtəlif illərdə dəfələrlə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, paytaxtlarımızda təşkil olunan kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin mütəmadi səfərləri və s. çoxcəhətli mədəni əməkdaşlığın göstəricisidir.
1-4 aprel tarixlərində Bakıda keçiriləcək Belarus Mədəniyyəti Günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına yeni töhfə olacaq.
Mədəniyyət Günləri çərçivəsində Belarus Kinosu Günləri keçiriləcək, Belarus Milli İncəsənət Muzeyinin “Belarus rəssamların gözü ilə” adlı sərgisi nümayiş olunacaq, Belarus xalq sənətkarlıq nümunələr və incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir