FHN-də ADA Universitetinin buraxılış kursu tələbələri ilə görüş keçirilib

0


Fövqəladə Hallar Nazirliyi ilə ADA Universiteti arasında mövcud əməkdaşlıq çərçivəsində FHN-də Universitetin buraxılış kursu tələbələri ilə görüş keçirilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzində keçirilən görüşdə Nazirliyin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi rəisinin birinci müavini Nicat Əliyev, Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi daxili xidmət polkovniki Xudat Nəbiyev və aidiyyəti əməkdaşlar iştirak ediblər.

Tədbirdə “Gənc xilasedici”, “Hidrantlara və su hövzələrinə nəzarət, monitorinq” və “Könüllü xilasedici” mövzuları üzrə kurs işləri təhkim olunan tələbələrin hesabatları dinlənilib.

Yaranan suallar FHN əməkdaşları tərəfindən ətraflı cavablandırılıb, tələbələrə müvafiq tövsiyələr verilib, həmçinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzinin fəaliyyəti ilə əlaqədar geniş məlumat çatdırılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir