Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya yox deyək”

0

Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 9 nömrəli tam orta məktəbin şagirdləri ilə “Narkomaniya yox deyək” mövzusunda görüş keçirilib.
Çıxış edən Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Polad Qarayev bəşəriyyət üçün böyük bəla sayılan narkomaniyaya qarşı görülən tədbirlərin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizənin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə effektiv tədbirlər həyata keçirildiyini bildirib.
Sonra mövzu ətrafında çıxışlar dinlənilib, narkotik vasitələrin cəmiyyətdə səbəb olduğu acı nəticələr və insan orqanizminə vurduğu zərərlər barədə videoçarx izlənilib. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir