Fahrettin Koca: “Türk dövlətləri dərman və ləvazimatları özləri istehsal etməlidir”
“Biz birgə hərəkət etməklə öz dərman və ləvazimatlarımızı istehsal edə bilən böyük bir ailə olmalıyıq”.
“Turanın səsi” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, pandemiya dövrü səhiyyə sahəsi ilə bərabər ölkələr arasında dostluğun da sınağı oldu: “Qardaş ölkələrimiz bu mübarizədə bizimlə birgə ən öndə oldular. Həm pandemiya, həm də Rusiya-Ukrayna müharibəsi səhiyyə sistemimizin güclü olmasının vacibliyini göstərdi. Son 20 ildə türk səhiyyə sisteminə qoyulan investisiyalar göz qabağındadır, şəhər xəstəxanalarında göstərdiyimiz xidmətlər dünya tərəfindən qibtə ilə izlənməkdədir”
F.Koca səhiyyə sahəsində türk dövlətlərinin əməkdaşlıq perspektivlərinin bu platforma nəticəsində daha da artacağını vurğulayıb