Qarabağda DƏHŞƏT: İki polis faciəvi şəkildə öldü
Bu gün saat 03 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.
Bu barədə “Turanın səsi ” nə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.
Araşdırma aparılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI