DİN: Azərbaycan qadını sabitliyin qorunub saxlanılmasında yaxından iştirak edir
Bu gün də Azərbaycan qadını ölkədə sabitliyin qorunub saxlanılmasında yaxından iştirak edir, bu işin təşkilində öz töhfələrini əsirgəmir.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyevin fesybukdakı paylaşımında deyilir.
“Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq. Şəhid analarına, şəhidlərin ömür-gün yoldaşlarına bayram təbrikimizi yetirir, onlara səbir, təmkin və dözüm arzulayırıq. Qadın zərifliyin, ülviliyin və gözəlliyin rəmzidir. Bu adın ucalığı, işgüzarlığı və saflığı nəsillərə örnəkdir.
Hər birinizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və uğurlar diləyirik!
Bayramınız mübarək olsun!”, – paylaşımda bildirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI