Vilayət Eyvazov mart ayının 28-də bu rayonlarda vətəndaşların qəbulunu keçirəcək
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən mart ayının 28-də Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasında Şamaxı, Qobustan, Ağsu, Göyçay və İsmayıllı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 27.03.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI