Daha bir yolayrıcında sürücü və piyadaların təhlükəsizliyi təmin edildi

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları həm yerində baxış keçirməklə, həm də müşahidə kameralarının imkanlarından istifadə etməklə paytaxtın Sabuçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Əjdər Məlikov küçəsinin kəsişməsində təhlillər aparıblar.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Piyadaların təhlükəsiz hərəkətini təmin etmək və baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün Məmmədli dairəsindən bir neçə metr irəlidə, Zabrat şosesi istiqamətində avtomobillərin rahat sola dönməsi üçün svetoforun yaşıl işığının müddəti 10 saniyə artırılıb. Bununla yanaşı, qarşıda piyadalar üçün piyada seksiyası ilə təchiz olunmuş svetofor quraşdırılıb. Görülən işlər nəticəsində qeyd olunan yolayrıcında sürücü və piyadaların təhlükəsizliyi təmin edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir