Abşeron rayonunda ötən gün hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün inzibati ərazidə hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Nəticədə müxtəlif inzibati pozuntu törədən 209 şəxs barəsində protokol tərtib olunub. Borclu şəxs kimi axtarışda olan 11 nəfər müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib. Rayon ərazisində mülki silahın saxlanılması qaydalarının pozulmasına görə 5 nəfər barəsində protokol tərtib olunub. Abşeron RPİ-nin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı isə 10 ədəd müvafiq sənədləri olmayan ov silahı vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir