“Valideyn varsa, hardadır?” – Elşad Hacıyev
“Bu hadisə daha bir məsələnin kilidini açır. Cəmiyyətin hər bir üzvü müəllimi, məktəbi qorumalıdır, QORU-malıdır”.
“Turanın səsi ” xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev sosial şəbəkədə yazıb. Məktəbli qızların yayılan videosuna reaksiya verən E. Hacıyev bildirib:
“Cəmiyyət olaraq müəllimə, məktəbə mənəvi dayaq olmalıyıq. Bu sahədə neqativ hallara qarşı polis tərəfindən qəti mübarizə aparılır, heç bir müraciətə laqeyid yanaşılmır.
Uşaqların gələcəyi təkcə məktəbdən, müəllimdən asılı deyil. Valideyn varsa, hardadır?”
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI