Növbədənkənar prezident seçkisi zamanı məntəqə sədri dünyasını dəyişib

0

Hadisə 54 saylı Mingəçevir seçki dairəsinin 33 saylı seçki məntəqəsində baş verib. Sözügedən məntəqənin sədri 63 yaşlı Kəmalə Əsgərovanın səhhəti qəfil pisləşib.

Turanın səsi ” xəbər verir ki , Məntəqə üzvünün sözlərinə görə, mərhum seçki prosesi zamanı özünü narahat hiss etsə də, işini yarıda qoymayıb:

“Özümüz məcbur etdik ki, təcili yardım çağırılsın. Halı dəyişdi, rəngi göyərdi, boğulmalar oldu. Sonra da təcili yardım gəlib apardı”.

Qeyd edək ki, mərhum Kəmalə Əsgərova iki övlad anası olub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir