III Maliyyə və İnvestisiya Forumunun spikerlərinin bir qismi ilə görüş keçirilib

0

“Gələcək üçün yenilən” şüarı ilə 16 noyabr 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 500 nəfərin iştirakı ilə baş tutacaq III Maliyyə və İnvestisiya Forumunun spikerlərinin bir qismi ilə görüş keçirilib.

Turanın səsi” xəbər verir ki, “Facemark” MMC və “Admedia” reklam agentliyinin təşkilatçılığı ilə III dəfə keçiriləcək forumda spikerlər “İnvestisiya strategiyaları”, “Vergi və hesabatlılıq”, “Maliyyələşmə strategiyaları” panelləri üzrə öz təcrübələrini iştirakçılarla bölüşəcəklər.

“Courtyard by Marriott” hoteldə keçirilən görüş forumun həmtəsisçilərindən Rafiq Hunaltayın açılış nitqi ilə başlayıb. Maliyyə və İnvestisiya Forumunun məqsədi və formatından bəhs edən həmtəsisçi bu kimi forumların ölkəmizdə fəaliyyət göstərən yerli şirkətlərə faydalarını da qeyd edib.

Həmtəsisçilərdən Niyazi Abbasov Maliyyə və İnvestisiya Forumunun panelləri və mövzuları haqqında spikerləri məlumatlandırıb. Eyni zamanda, görüşdə müxtəlif şirkətlərlə mümkün əməkdaşlıqların reallaşdırılması, bankların və özəl şirkətlərin maliyyə, investisiya yönümlü müxtəlif layihələrində iştirak imkanları və maliyyələşdirilməsi istiqamətlərində fikir mübadiləsi aparılıb.

Maliyyə və İnvestisiya Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.fifbaku.az ) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir