Növbəti köç karvanı Laçın şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib – YENİLƏNİB-3

0

Yanvarın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Turanın səsi ” xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 72 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 431 ailənin, yəni 1 627 nəfərin daimi məskunlaşması təmin edilib.

17:20

Bakı şəhərinin Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən Laçına yola salınan məcburi köçkünlərin rəsmi qarşılanma mərasimi olub.

Turanın səsi ” xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanlara evlərin açarları təqdim edilib.

Qeyd edək ki, bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə 431 ailənin (1627 nəfər) köçürülməsi təmin edilib.

16:54

Bakı şəhərinin Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən yola salınan 23 ailə (72 nəfər) Laçın şəhərinə çatıb.

Turanın səsi ” xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.

Bununla da Laçın şəhərinə köçən ailələrin sayı 431-ə (1627 nəfər) çatıb.

06:40

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb.

Turanın səsi ”  xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 72 nəfər köçürülür.

Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.

Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 431 ailə (1627 nəfər) köçürülüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir