FHN tərəfindən “PROHIS” adlı jurnalın ilk buraxılışı nəşr olunub

0

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən elmi ixtiraların reallaşmasında və analitik informasiyaların paylaşılmasında əhəmiyyətli rol oynayacaq “PROHIS” jurnalın ilk buraxılışı nəşr olunub.

Bu barədəTuranın səsi nə FHN-ın mətbuat xidmətindən bildirilib.

“PROHIS” sənayedə təhlükəsizliyin bütün aspektlərini özündə birləşdirən, əməyin mühafizəsi və elmin müxtəlif sahələri üzrə araşdırmalar, təhlillər və məqalələr toplusudur.

Jurnal qeyd olunan sahələr üzrə araşdırmalar aparan tədqiqatçılara, alim, doktorant və magistrantlara öz elmi fikir, mülahizə və qənaətlərini geniş oxucu auditoriyası ilə bölüşmək imkanı yaradan bir platforma olacaqdır.

Həmçinin, oxucular yüksək hazırlıqlı və peşəkar mütəxəssislərin köməyi ilə sənayə və istehsalatda olan problemlərdən, onların həlli yollarından xəbər tutmaq, müvafiq sahədə mövcud qanunvericiliyin tətbiqi praktikası barədə dolğun məlumat almaq imkanı qazanacaq.

Qeyd edək ki, “PROHIS” jurnalı Estoniya Respublikasında qeydiyyatdan keçmiş və iki böyük elmmetrik bazalarda (GrossRef və Open Journal Systems) qərarlaşmışdır.

Jurnalın redaksiya heyətinə Azərbaycan, Almaniya, Türkiyə, Ukrayna və Gürcüstanın müvafiq sahə üzrə tanınmış alimləri və mütəxəssisləri daxildir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir