“Çörəkpulu”nun kəsilməsi ilə bağlı “Qaçqınkom”dan AÇIQLAMA

0

Əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış məcburi köçkünlərə verilən vahid aylıq müavinət 3 il keçəndən sonra dayandırılacaq. 

“Sosial müdafiə tədbirlərindən biri kimi məcburi köçkünlərə vahid aylıq müavinət də ödənilir. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılır”. – deyə komitədən bildirilib.

Sözügedən qərarın daimi yaşayış yerinə qayıtmaqdan imtina edən məcburi köçkünlərə aid edilməsi çoxsaylı suallar doğurub və müzakirələrə səbəb olub. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Turanın səsi ” nə bildirilib ki, daimi yaşayış yerinə köçməsindən asılı olmayaraq, 3 illik müavinət hər bir məcburi köçkünə şamil olunacaq. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir