Prezident nazir müavinini vəzifədən azad etdi

0

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub.

Turanın səsi ” in əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub.

O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il noyabrın 18-də imzaladığı Sərəncam ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir