DİN-in Mətbuat xidmətindən verilən məlumatlar (02.01.2024)

Yanvarın 1-də ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

*

❗Axtarışda olduğuna görə ümumilikdə 3, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

*

❗Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

*

❗Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

*


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Yanvarın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

*


Yanvarın 1-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat, 2 tapança, 4 patron darağı və 63 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

*


Yanvarın 1-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 760 qramdan çox narkotik vasitə və 2580 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqram 730 qramdan artıq heroin, 4 kiloqram 210 qramdan çox marixuana, 535 qram tiryək, 178 qram metamfetamin, həmçinin 103 qram çəkidə 2580 ədəd güclü təsiredici xassəyə malik həb olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

*
Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 22 nəfər müəyyən olunaraq barələrində müvafiq tədbir görülüb.

*

❗Dekabrın 31-də axşam saatlarında Qobu Park yaşayış sahəsindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

*

Gəncə ŞBPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Natəvan qəsəbəsi ərazisində 3 ədəd yararsız vəziyyətdə olan “F-1” qumbarası, 2 ədəd “UZRQM” və 1 ədəd “MUV” alışdırıcı tapılıb. Həmin döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

*

Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Süleymanov saxlanılıb. Ondan içərisində 26 ədəd patron olan patron darağı götürülüb.

Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 26 ədəd patron və 1 patron darağı da aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

*


Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Abbasov saxlanılıb.

Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 5 ədəd patron və 1 patron darağı, habelə narkotik vasitə olan heroin götürülüb.

Araşdırma aparılır.

Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Fəxrəddin Əliyev saxlanılıb.

Ondan 2 kiloqram 75 qram çəkidə marixuana aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir