DYP paytaxtdan bölgələrə gedən sürücülərə çağırış edib
Baş DYP İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş formada yollarda hərəkəti tənzimləyir.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Bugündən etibarən paytaxtdan bölgələrə doğru böyük avtomobil axının olması nəzərə alınaraq DYP-nin bütün şəxsi heyəti yollarda hərəkətin tənzimlənməsinə cəlb edilmişdir. Bütün bu tənzimləmələrə baxmayaraq bəzi yollarda yenə də sıxlıq müşahidə edilir. Bu səbəbdən bütün sürücülərdən xahiş olunur yolda tələskənliyə yol verməsinlər, sürət həddinə xüsusilə ciddi əməl etsinlər və yol hərəkəti qaydalarını pozmasınlar.
Unutmayın, gedəcəyiniz yerə gec getmək, heç getməməkdən yaxşıdır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI