Azərbaycanda 12 yaşlı qızı 32 yaşlı kişi ilə nişanladılar
“Təsir dairəsi” verilişində 12 yaşlı qızın nişan görüntüləri yayımlanıb.
“Turanın səsi ” xəbər verir ki, hadisə Sabirabadın Məmişli kəndində yaşanıb.
Ailəsi əvvəlcə övladının nişanı olduğunu danıb. Görüntülərin qızın ad günündə lentə alındığı bildirilib.
“Yalandan bəyin 29 yaşı olduğunu demişdilər. Məlum oldu ki, 32 yaşı var. Qızla aralarında 20 yaş fərq var. Oğlanın adı Kərimdir”, – deyə L.Azərtaş bildirib.