DİN-də keçirilən müşavirədə seçkilərinə hazırlıq müzakirə olundu

0

DİN-də keçirilən əməliyyat müşavirəsində 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar Prezident seçkiləri ilə bağlı vətəndaşların seçki hüququnun təmin olunması məsələləri müzakirə edilib.

Turanın səsi ” xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması, eləcə də vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı zəruri tədbirlərin görülməsinə dair göstərişlər verib.

Müşavirədə iştirak edən daxili işlər orqanlarının rəhbər heyətindən respublikada asayişin, təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində fəaliyyət nəzarətdə saxlanılmaqla, qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi tələb edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir