DİN-in Mətbuat xidmətindən verilən məlumatlar (20.12.2023)
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə,
Dekabrın 19-da ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
*
Axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
*
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.
*
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
*
❗Mingəçevirdə odlu silahlar aşkar edilərək götürülüb
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyat tədbiri zamanı şəhər ərazisindən 2 ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
*
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Dekabrın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 16 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
*
❗Nəqliyyat vasitəsinin qaçırılması
Dekabrın 19-na keçən gecə Bakıxanov qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş E.Abdullayev avtomobillə saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
❗Narkotik
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar N.İsgəndərov və Z.İsmayılov saxlanılıblar.
N.İsgəndərovdan 443 qram heroin, Z.İsmayılovdan isə 415 qram marixuana aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
*
Dekabrın 18-də Salyan rayonu ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü N.Həsənov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
Qobustanda 5 qumbara aşkar edilib
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 5 ov tüfəngi, 5 qumbara və 146 ədəd patron aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə rayon sakini qanunsuz saxladığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.
Bu istiqamətdə polis əməkdaşları tərəfindən zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
*
“Apar o silahı təhvil ver!”
❗️ Daxili İşlər Nazirliyi əhalidə qanunsuz saxlanılan odlu silah-sursatla bağlı növbəti maarifləndirici videoçarx hazırlayıb. Qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir. Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, satılması və s. barədə polisə məlumat verən şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaqdır. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər. Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI