Polis Akademiyasında mülkiyyət əleyhinə törədilən cinayətlərin tədqiqi mövzusunda beynəlxalq konfrans keçirilib

DİN-in Polis Akademiyasında “Mülkiyyət əleyhinə törədilən cinayətlərin tədqiqinin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik aspektləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin, Daxili İşlər Nazirliyinin, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, eləcə də respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, kursant və tələbələri iştirak ediblər. Konfransda Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, Moldova, Bolqarıstan, Gürcüstan və Qazaxıstan Respublikalarının 14 ali təhsil müəssisəsinin nümayəndələri onlayn formatda iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb, onun əhəmiyyəti və məqsədi barədə fikirlərini bildirib. Akademiya rəisi bu mövzuda beynəlxalq konfransın keçirilməsində əsas məqsədin aktual və problemli məsələlərin araşdırılması və həlli yollarının müəyyən edilməsi, nəzəri biliklərin praktiki bacarıqlarla vəhdətinə nail olunması, hüquqi müstəvidə olan problemlərə diqqətin artırılması, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və əlaqələrin genişləndirilməsi olduğunu qeyd edib. Daha sonra digər qonaqların çıxışları və konfransın mövzusuna uyğun təqdimatlar dinlənilib. Tədbirin yekununda iştirakçılara çap olunmuş konfrans materialları təqdim edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir