DİN-in rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət edib

Müasir dövlətçiliyimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, Nazirliyin rəhbər heyəti və Daxili Qoşunların bir qrup hərbi qulluqçusu Fəxri xiyabanı ziyarət edib.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla yad edilib.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir