Milli Məclisin deputatı İsveçrəyə səfər edəcək
Milli Məclisin deputatı Kamal Cəfərov dekabrın 10-da İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Səfərdə millət vəkili Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi münasibətilə BMT-nin İnsan hüquqları 75 təşəbbüsü çərçivəsində keçiriləcək tədbirdə iştrak edəcək.
Səfər dekabrın 13-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI