Ötən gün vətəndaşlardan 39 silah götürülüb
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dekabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 ədəd avtomat, 2 ədəd tapança, 11 ədəd qumbara, 11 qumbara alışdırıcısı, 11 patron darağı, 379 ədəd müxtəlif çaplı patron və 29 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI