DİN-in mətbuat xidmətindən verilən məlumatlar (01.12.2023)

Şabranda silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından 1 ədəd “AK-74” markalı avtomat, 3 ədəd patron darağı və 110 ədəd müxtəlif çaplı güllə aşkar edərək götürüblər.

Fakt üzrə Şabran RPŞ-də müvafiq araşdırma aparılır.

* * *

Gəncədə vətəndaşlar qanunsuz saxlanılan silahlarını polisə könüllü təhvil verib

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Əməliyyat yolu ilə aşkarlanan silahlardan başqa mütəmadi olaraq vətəndaşlarla profilaktiki söhbətlər aparılaraq bildirilib ki, müvafiq sənədləri olmayan odlu silahların saxlanılması məsuliyyət yaratsa da, könüllü təqdim etmə şəxsi məsuliyyətdən azad edir.

Keçirilən müvafiq tədbirləri nəticəsində 25 nəfər şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibilir ov silahlarını polisə könülllü təhvil veriblər. Hər bir vətəndaşla bir daha fərdi söhbət aparılaraq Daxili İşlər Nazirliyinin gizlədilən döyüş və ov silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verməsi ilə bağlı çağırışına həssas yanaşması və bu çağırışa qoşulması təqdirəlayiq haldır.

Təqdim edilən hər bir silah müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir. 

* * *

Göytəpəçayın kənarından silah-sursat aşkarlanıb

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər nəticəsində rayon sakini Y.Tarverdiyev Göytəpəçayın kənarında torbanın içərisindən tapdığı 1 ədəd “AK-74” markalı avtomat silahını, 1 ədəd patron darağını və 17 ədəd 5,45 çaplı patronu könüllü olaraq Cəlilabad RPŞ-yə təqdim edib.

Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 6 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

* * *
DİN-in mətbuat xidmətindən verilən məlumata görə

Noyabrın 30-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

* * *

Axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

* * *

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 64 fakt müəyyən edilib.

* * *

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

* * *


Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir

Noyabrın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 3 ədəd qumbara, 3 patron darağı, 465 ədəd müxtəlif çaplı patron və 51 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 1 avtomat, 1 tapança, 2 patron darağı, 4 tüfəng və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

* * *

Oğurluq

Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 29-da Xocəsən qəsəbəsi ərazisində yerləşən bir kafe və mağazadan 2000 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1996-cı il təvəllüdlü H.Ağayev saxlanılıb.
Araşdırma aparılır.

* * *
Oğurluq

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 30-da Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində bir mağazasından 600 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Rzayev saxlanılıb.

Araşdırmalarla onun daha bir mağazadan 2000 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub.

* * *


Oğurluq

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Novxanı kəndində bir evdən 25 ev quşu oğurlamaqda şübhəli bilinən Z.Ağadadaşov saxlanılıb.

Araşdırmalarla onun müxtəlif vaxtlarda Novxanı və Saray qəsəbələrində 2 evdən və bir sexdən qızıl dişlər və 3600 manat dəyərində təmir alətləri oğurlaması da müəyyən olunub.

* * *


Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 24-də Suraxanı qəsəbəsi ərazisində Yevlax rayon sakini olan bir nəfərə kəsilmiş-deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü B.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir