Bu gün Abşeronun bəzi yerlərində leysan olacaq, şimşək çaxacaq
Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yarlərində yağış yağacağı gözlənilir.
“Turanın səsi ” xəbər verir ki , Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Gündüz hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi 12-15 m/s, cənub-şərq küləyi 8-13 m/s sürətlə əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-15° isti olacaq.