Tərtərdə bir nəfər minaya düşüb
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirib ki, bu gün saat 17 radələrində Tərtər rayonun Çaylı kəndi ərazisində rayon sakini Samir Əlizadə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, polis əməkdaşları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.